Hizbullah lideri: Ərəbçilik və düşmənlə kompromisə getmək bir araya sığmır

QafqazTimes xəbər verir ki, ISNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı axşam keçirilən seçki konfransında çıxış edib.

Livan Hizbullahının baş katibi çıxışının əvvəlində Beyrutda keçirilən seçki konfransında böyük fəallığı və müqaviməti dəstəkləyənlərin hamısını yüksək qiymətləndirib.

Seyid Həsən Nəsrullah çıxışında deyib: “Beynəlxalq Qüds günündəki çıxışdan sonra diplomatik kanallardan israillilərin hücum niyyəti olmadığı mesajını aldım, lakin müqavimət qüvvələrinin hazır vəziyyətdə saxlanılması manevrlərin sonuna qədər davam edəcəkdir.”

Hizbullahın baş katibi İsraillə münasibətləri normallaşdırmağa çalışan ölkələrə toxunaraq bəyan edib ki, ərəbçilik və kompromisə getmək bir araya sığmır. Fələstin və Qüds olmadan ərəbpərəstliyin heç bir mənası yoxdur.

Seyid Həsən Nəsrullah həmçinin İranın Livanın daxili işlərinə qarışmadığını, əksinə Livanın qüdrətli bir ölkə olmasını istədiyini bir daha vurğulayıb.

O, qeyd edib ki, ötən müddət ərzində bir çoxları Livanı vətəndaş müharibəsi uçurumuna aparmağa çalışıblar, lakin Livan belə bir fitnəyə düçar olmadı. Vətəndaş müharibəsi bizim qırmızı xəttimizdir və biz belə bir şeyə yol verməyəcəyik. Parlament ölkənin ən mühüm qurumudur. Buna görə də effektiv və səmərəli seçki qanunun qəbul edilməsi zəruridir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!