Hizbullah İraqda qəbul edilən anti-sionist qanunu müsbət qiymətləndirdi

QafqazTimes xəbər verir ki, Livanın Hizbullah müqavimət hərəkatı cümə günü İraqda İsraillə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunun qəbulu ilə bağlı bəyanat yayıb.

Əl-Əhd internet saytının məlumatına görə, Hizbullah bu tarixi və əhəmiyyətli qanunun qəbuluna görə təşəkkür etməklə və bu addımdan qürur duymaqla yanaşı, vurğulayıb ki, sionist rejimlə münasibətlərin normallaşdırılmasının cinayət hesab olunması bəzi ərəb rejimlərinin üz tutduğu bu utancverici normallaşma siyasətinə qarşı böyük addımdır.

Livan müqaviməti həmçinin bu addımı Fələstin xalqına və onun sionist təcavüzü və terrorizminə qarşı qəhrəmancasına müqavimətinə möhkəm dəstək kimi qiymətləndirərək əlavə edib: “Bu şərəfli və cəsarətli mövqe, əziz İraq xalqının, bu ölkənin dini mərcələrinin və siyasi partiyalarının oriyentasiyasını açıq şəkildə göstərir və İraqın Fələstin davası yanında daimi mövqeyini vurğulayır. Bir millət ki, nə ABŞ işğalı, nə də son illərdə ölkədəki ağır iqtisadi və siyasi vəziyyət ona kölgə sala bilməyib və bu xalq ərəb ictimayyətinə, həqiqi kimliklərinə və işğalçılara qarşı müqaviməti dəstəkləməyə sadiq qalıblar.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri