Hizbullah Biqa vadisi üzərində İsrail dronunu vurub

QafqazTimes xəbər verir ki, bəzi xəbər mənbələri İsrail pilotsuz təyyarəsinin Livandakı Biqa vadisi üzərində hədəfə alındığını bildirir.

İlkin məlumatlara görə, Livan Hizbullahının hava hücumundan müdafiə sistemi ötən gün səhər (cümə) Biqa vadisi üzərində sionist pilotsuz təyyarəsini
hədəfə alıb.

Bir neçə həftə əvvəl Livan xəbər mənbələri müvəqqəti Sionist rejiminə məxsus pilotsuz təyyarənin vurulması barədə məlumat vermişdilər. İyulun 19-da Əl-Nəşrə xəbər saytı İsrailə məxsus bu pilotsuz təyyarənin Livanın cənubunda yerləşən “Əl-Vəzani” bölgəsində vurulduğunu bildirmişdi.

Bundan əvvəl, may ayının sonlarında da Livanda sionist rejimə məxsus pilotsuz təyyarə vurulmuşdu. “Sky Lark” tipli olan bu PUALivanın cənubunda yerləşən “Eita əş-Şaab” və “Remita” şəhərləri arasında vurulmuşdu.

Bununla əlaqədar olaraq, sionist rejimin Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin bundan öncə etiraf etmişdi ki, Təl-Əviv artıq Livan üzərində “hava üstünlüyü”nə malik deyil.

Norkin etiraf edib ki, İsrail təxminən bir il əvvəl pilotsuz təyyarələrindən birinin zenit raketi ilə vurulmasından sonra Livan üzərində kəşfiyyat uçuşlarını azaldıb.

Norkin bunu deməklə keçən il sentyabrın 30-da Hizbullah tərəfindən sionist pilotsuz təyyarəsinin vurulmasına işarə edir. Sionist rejim ordusunun o zamankı sözçüsü Avixai Adrei də həmin pilotsuz təyyarənin vurulmasını təsdiqləmişdi.

Livan Hizbullahı həmin gün verdiyi bəyanatda bu hərəkatın qüvvələrinin saat 13:55-də sionist pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını elan etmişdi. Hizbullah bu dronun Livanın cənubunda yerləşən “Vadi Mərimin” bölgəsində hədəfə aldığını vurğulayıb.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…