Hizbullah baş katibinin müavini: İsrailin Livana girişi mümkünsüzdür

QafqazTimes xəbər verir ki, Livan Hizbullahı baş katibinin müavini Nəim Qasim bir siyasi iclasda deyib: “Bu gün Hizbullah əleyhinə mütəşəkkil beynəlxalq, yerli və regional səviyyədə kampaniya aparılmaqdadır. Bu kompaniya təkcə Hizbullahın müqavimətinə qarşı deyil, həm də onun siyasi, mədəni-maarif səhnələrindəki fəaliyyətinə də yönəlmişdir.”

Əl-Mənar telekanalının məlumatına görə, o, əlavə edib ki, Hizbullaha qarşı atılan siyasi, iqtisadi və hərbi addımlar nəinki hərəkatı susdurmayıb, əksinə onu daha da gücləndirib.

Nəim Qasim deyib: “Müqavimət sionist düşmənin Livana daxil olmasına imkan verməyəcək, qurbanlar verməklə və qanla bu məsələyə qarşı mübarizə aparacaqdır.”

O, əlavə edib ki, bəziləri dünya malı və ya post əldə etmək üçün Hizbullaha hücumlar edirlər, lakin ölkəni və onun gələcəyini müdafiə etdiyi üçün müqavimətin nüfuzu günbəgün artacaqdır.

Nəim Qasim belə davam edib: “Onlar Hizbullahla mübarizə aparırlar və dəlilləri də budur ki, bu hərəkat bölgədəki siyasi səhnəyə təsir göstərə bilib, müqavimət layihəsini irəli aparıb və bölgədə müqavimət döyüşçüləri üçün bir məktəb olub.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur