22 Bəhmən hədiyyəsi

QafqazTimes.com İmna-ya istinadən xəbər verir: İranda 3 aparıcı  mobil operatordan biri, bəlkə də birincisi  olan Həmrahe-əvvəl Fəcr ongünlüyü münasibətilə pulsuz internet hədiyyə edib. Hər bir iranlı fəcr ongünlüyü ərzində hədiyyə internetdən istifadə edə bilər.

22 bəhmən İranda İslam İnqilabının qələbə günüdür. 1979-cu  ildə İslam İnqilabının qələbəsindən sonra xalq hər il bu əzəmətli günü qeyd edir, ölkə boyu yürüşlər keçirilir. Şəmsi təqvimlə 1957-ci il 12 bəhmən günü İmam Xomeyni 14 illik sürgündən sonra vətənə dönüb. 10 gün ölkədə inqilabi aksiyalar keçirilib. 22 bəhmən günü ordu xalqa qoşulub, nümayişçilər radio-televiziya şirkətinə daxil olub, inqilabın qələbəsi elan edilib.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO