Hizbullah bəzi şayələrlə əlaqədar açıqlama verib

Qafqaztimes xəbər verir ki, Hizbullahın rəsmi mediası çərşənbə axşamı bəyanat yayaraq bildirib ki, bəzi şübhəli tərəflər Livan və Ərəb dünyasının ictimai rəyini aldatmaq məqsədi ilə yalan xəbərlər və mesajlar yaymağa və onları Hizbullah liderləri və tərəfdarlarına aid etməyə adət ediblər.

Əl-Əhd-in məlumatına görə, bu bəyanatın davamında qeyd edilir ki, Hizbullahın rəsmi mediası bu şəxslər və onların media və internet saytları, eləcə də bəzi sosial media istifadəçiləri tərəfindən yayılan xəbərləri təkzib edir.

Daha sonra Hizbullahın rəsmi mediası siyasətçiləri, sosial media istifadəçilərini, Livan və ərəb dünyasındakı müqavimətin bütün tərəfdarlarını bu dəyərsiz şayiə və yalanlara məhəl qoymamağa çağırıb.

Bəyanatda daha sonra vurğulanıb ki, bu söz-söhbətlər müqavimətin parlaq imicinə və həqiqətin yanındakı daimi mövqeyinə, işğalçıya qarşı müqavimətə və zalımların əzilməsinə heç vaxt təsir göstərməyəcəkdir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!