Hizbullah “Hadera” əməliyyatını ərəb liderlərinə ən gözəl cavab adlandırıb

QafqazTimes xəbər verir ki, Livan Hizbullahı “Əl-Xudeyrə” (Hadera) əməliyyatını bəzi ərəb liderlərinin sionistlərlə xain görüşünə verilən ən gözəl cavab adlandırıb.

Livanın Hizbullah hərəkatı bazar günü gecə Hayfada keçirilən cihad əməliyyatına reaksiya olaraq təbrik bəyanatı yayıb.

Bu bəyanatda qeyd olunur ki, Əl-Xudeyrə əməliyyatı Fələstin xalqının sabitliyini və işğalçı rejimlə bütün mövcud vasitə və imkanlarla üzləşmək iradəsini təsdiqləyir.

Hizbullah əlavə edib ki, bu əməliyyat münasibətləri normallaşdırmağa başlayan bəzi ərəb ölkələrinin sionist rejimin rəhbərləri ilə xain görüşlərinə ən mühüm və aydın cavabdır.

Bəyanatda həmçinin vurğulanır: “Bu görüşlər faydasızdır, çünki əsl qərar Fələstin xalqının qərarıdır.”

Hizbullah əlavə edib: “Fələstin xalqı hər gün bu cinayətkar düşmənlə sülhün və münasibətlərin normallaşmasının olmayacağını və tam azadlığa və qələbəyə qədər mübarizəni davam etdirəcəyini vurğulayır.”

Bu əməliyyat ötən gecə bəzi ərəb ölkələrinin “Nəqb”də keçirdikləri görüşü ilə eyni vaxtda baş tutub. Qeyd edək ki, İşğal altındakı Fələstində İsrailin xarici işlər naziri Yair Lapidin sədrliyi və 4 ərəb ölkəsi, Misir, BƏƏ, Bəhreyn və Məğribin, eləcə də ABŞ-ın iştirakı ilə keçirilən iclas bazar günü axşam saatlarında başlayıb.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?