Hindistanda zavodda partlayış: Ölən və yaralananlar var (Video izlə)

Yanvarın 1-də Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimya zavodunda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, 17 nəfər yaralanıb.

Müəssisədə partlayışın naməlum səbəbdən baş verdiyi bildirilir.

Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib. Yanğın və tüstü uzaqdan görünüb.

Hazırda fabrikdən 19 nəfər xilas edilib ki, onlardan 17-si yerli klinikaya yerləşdirilib. Yaralılardan dördünün vəziyyəti ağırdır.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO