Hikmət Hacıyev və İran səfiri arasında görüş olub – FOTO/VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Abbas Musavi ilə görüşüb.

Bu barədə iranlı diplomat “Twitter” hesabında yazıb.

“Biz ikitərəfli münasibətlərimizdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti, eləcə də əlaqələrimizin möhkəmləndirilməsi üçün əməli addımları nəzərdən keçirdik”, – səfir qeyd edib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək