Heydər Əliyev prospektində maşınlar bir-birinə çırpıldı – Yaralılar arasında azyaşlı da var 

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Əsas yolda hərəkət edən “Toyota” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək köməkçi yoldan çıxan “Niva”ya çırpılıb. “Niva” zərbənin təsirindən işıq dirəyinə çırpılıb.

“Niva”nın sürücüsü və azyaşlı sərnişini ağır xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO