Havada dəhşət: Kabinəyə girən gözlənilməz qonaq pilotu yaraladı (Video izlə)

Sosial şəbəkələrdə təyyarəyə çırpılan nəhəng quş və bu səbəbdən yaralanan pilotin görüntüləri yayılıb.

Kadrlar Ekvadorda qeydə alınıb.

Videoda kabinədən sallanan quş və üzü qanlar içində olan pilot əks olunub. Maraqlıdır ki, yaşanan dəhşətə baxmayaraq o, soyuqqanlığını qoruyur.

Məlumata görə, pilot Ariel Valienten təyyarəni uğurla endirə bilib. O, quşun qəzadan bir neçə dəqiqə sonra öldüyünü bildirib.

Related posts

“YouTube”da yeni funksiyalar: Süni intellekti işə saldı

“Huawei” ABŞ sanksiyalarını ətlə “yarmağın” yolunu tapdı

İtaliya parlamentində kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırıldı – VİDEO