Hava limanında keçirilən etiraz aksiyası Bennetin Vaşinqtona səfərini təxirə saldı

Qafqaztimes xəbər verir ki, İsrail Baş nazirinin Vaşinqtona İran əleyhinə səfəri və ABŞ prezidenti ilə görüşü Ben Gurion Hava Limanındakı bir hava yolları şirkəti işçilərinin etirazları səbəbindən təxirə salınıb.

Axios xəbər agentliyinin müxbiri, yüksək səviyyəli bir sionist məmura istinadən söyləyib: Sionist baş nazir Naftali Bennetin Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenə İran əleyhinə siyasətdə keçmiş baş nazir Benyamin Netanyahudan fərqli bir yanaşma təqdim etməsi planlaşdırılır.

Jerusalem Post qəzetinin yazdığına görə, Naftali Bennetin Vaşinqtona uçuşu EL Airlines şirkətinin 100 -ə yaxın əməkdaşının Ben Gurion Hava Limanındakı etirazları səbəbindən problemlə üzləşərək təxirə salınıb.

Bennett çərşənbə günü Dövlət Katibi Antoni Blinken, Müdafiə Naziri Lloyd Austin və Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Cek Sullivan ilə görüşəcək. Onun Ağ Evdə Baydenlə görüşü isə cümə axşamı səhər planlaşdırılıb.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı