Ənsarullah: ABŞ və Səudiyyə təcavüzünə qarşı çıxmaq Yəmən xalqının haqqıdır

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, Yəmən Ənsarullah hərəkatının baş katibi Seyid Əbdül Məlik Bədruddin Əl-Husi Aşura günü etdiyi çıxışında bildirib: “ABŞ və Səudiyyə Ərəbistanının təcavüzünə qarşı mübarizə etmək əziz Yəmən xalqının haqqıdır.”

O, çıxışının əvvəlində deyib: “Aşura mərasimini yaşatmaq İmam Hüseynə (ə) və onun haqq mövqeyinə qarşı sədaqət nişanəsidir. İmam Hüseyn (ə) İslam ümmətinin gələcəyi üçün tarixi dönüş nöqtəsi olan kritik bir tarixi mərhələdə qiyam etdi.”

Yəmən Ənsarullah Hərəkatının baş katibi daha sonra bildirib: “Əməvilər dövrü ilə ABŞ, İsrail və onların ardıcılları olan müasir zalımların dövrü arasındakı oxşarlıqları aydın şəkildə müşahidə edirik. Biz müsəlman bir millət olaraq azadlıq və müstəqillik üçün səy göstərməliyik. Millətlərin ABŞ və İsrailə güvənməsi məsələsi yalandır.”

Əl-Hüsi belə qeyd edib: “Fələstin xalqına dəstək vermək, onların müqavimətini və sionistləri bu torpaqdan qovmasını dəstəkləməkdir. Legitimliyi olmayan və ən dəhşətli cinayətləri törədən ABŞ və Səudiyyə Ərəbistanının təcavüzü ilə mübarizə aparmaq əziz Yəmən xalqının haqqıdır. Yəmənə qarşı təcavüzü dəstəkləmək, ona haqq qazandırmaq və ya susmaq yanlışdır.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?