Hacı Namiq Hüseynov: Ərbəinin mənası İmam Hüseynlə (ə) həmrəylikdir

Qafqaztimes xəbər verir ki, Gürcüstanın tanınmış ruhanilərindən olan, Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynovdan Ərbəinlə bağlı müsahibə alınıb.

“Dünya Əhlibeytsevərləri kimi, biz də Gürcüstanda Ərbəin mərasimlərini keçiririk. Bütün bu yürüşlər, bütün bu ehsanlar, bütün bu mərasimlərin mənası budur ki, İmam Hüseyn (ə) aşiqləri Ərbəin yürüşlərinə səs verir, İmam Hüseyn (ə) mərasimlərini, ərbəinini tək qoymurlar. Baxmayaraq ki, əsrlər bizim aramızdadır, biz bu mərasimlərlə, bu əməllərlə İmam Hüseynlə (ə) birlikdə olduğumuzu iqrar edirik. İmam eşqi, Kərbəla eşqi əza mərasiminə qatılanların qəlbində vardır. Nə qədər ki, bədənimizdə ruh, damarlarımızda qan var, bu mərasimlərə, bu şüarlara davam edəcəyik. Ləbbeyk Ya Hüseyn!”, -deyə Hacı Namiq Hüseynov bildirib.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?