Haaretz: Təl-Əviv qarşıdan gələn müharibədə israillilərə intihar əmri verəcək

QafqazTimes xəbər verir ki, sionist analitik və yazıçı Roqel Alfar bazar ertəsi, (fevralın 7-si) ibrani dilində çıxan “Haaretz” qəzetində dərc olunan bir yazısında deyib: “Sionist rejimin öz düşmənləri ilə gələcək qarşıdurmasında İsrail xalqı intihar əmri alacaqdır.”

O, belə qeyd edib: “1948-ci ildə Misir ərəb ordusu qalib gələrək İbrani dövlətinin cənubundakı Nitsanim şəhərini işğal edəndə o zamankı baş komandan əsgər və zabitlərə ölənə qədər döyüşməyi əmr etmişdi. Yəni intihar!”

Müəllif daha sonra hərbi əmrlərin yanlış olduğunu bildirərək yazıb: “Bu əmr ona görə verilmişdi ki, yəhudilər təslim olmasın və ölənə qədər döyüşməyə davam etsinlər. Bu səbəbdən də bu əmr təslim olmaq qərarına gələn zabit və əsgərlərin öldürülməsinə də şamil olurdu. Bununla belə bu əməliyyatda, 104 İsrail əsgər və zabiti əsir oldu.”

Sionist analitik Haaretz-də dərc olunan digər bir məqaləsində deyib: “İsrail ölüm şəhadətnaməsini imzalayıb və bizim vaxtı gözləməkdən başqa çarəmiz yoxdur.”

O, sionist rejimin tənəzzülünün bir sıra səbəblərini sadalayaraq bildirib ki, o cümlədən İsrail cəmiyyətində mədəniyyətlərin toqquşması, İsrail cəmiyyətində, xüsusən də sosial şəbəkələrdə dialoqun olmaması və İsrail televiziya kanallarında dəyərsiz əyləncə proqramlarının üstünlük təşkil etməsi İsrailin gələcək imicini daha da qaraldır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya