Həniyyə: Sionistlərin fitnələri işğalçı rejimin ömrünü qısaldacaq

QafqazTimes xəbər verir ki, sionist rejim polisi cümə axşamı səhər yenidən Məscidül-Əqsaya basqın edərək, sionist mühacirlərin bu məkana girişi üçün şərait yaradıb.

Bununla əlaqədar olaraq, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Həniyyə bildirib ki, sionist mühacirlərin Məscidül-Əqsadakı addımları münaqişənin bütün strateji ölçülərini gündəmə gətirəcək.

O, Safa Xəbər Agentliyinə deyib: “İşğalçılara deyirəm ki, əgər siz Məscidül-Əqsaya edilən hücumun bu məscidin islami kimliyini dəyişəcəyini düşünürsünüzsə, xəyallara qapılmısınız.”

Həniyyə vurğulayıb ki, sionistlərin Məscidül-Əqsadakı fitnəsi işğalçıların ömrünü qısaldacaq və bu rejimi Fələstin torpağından çıxaracaqdır.

O, belə əlavə edib: “Millətimiz və Məscidül-Əqsadakı qadın və kişi mühafizəçilər güclü və irəlidə qalacaq ilk müdafiə xəttidir. “Bayraq yürüşünü” məğlub etdiyimiz kimi, bu (Əqsa məscidinə) hücum planını da məğlub edəcəyik və biz hələ mübarizənin əvvəlindəyik.”

Həniyyə həmçinin qeyd edib ki, Məscidül-Əqsada baş verənləri nəzərə alaraq, gözləntimiz budur ki, işğalçı rejimlə münasibətləri normallaşdıran ölkələr öz səfirlərini işğal olunmuş Fələstindən geri çağırsınlar.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya