Həniyyə: Fələstin xalqı işğalçıların hücumları qarşısında heç vaxt səssiz qalmayacaq

QafqazTimes xəbər verir ki, Türkiyənin Anadolu Xəbər Agentliyinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə cümə axşamı Təl-Əviv yaxınlığındakı Əl-Ad qəsəbəsində keçirilən və 3 sionistin ölümü, 6-sının yaralanması ilə nəticələnən cihad əməliyyatından sonra çıxışı zamanı deyib: “Məscidül-Əqsa qırmızı xəttdir, onu müzakirə obyektinə çevirmək və ya iki yerə bölmək olmaz, bu, İslama xas olan bir məscididir və ümmət və millət üçün tarixi və ayrılmaz bir hüquqdur.”

Həniyyə davam etdi: “Düşmənin liderlərimizə qarşı sui-qəsd təhdidləri onları heç vaxt torpağımızı və müqəddəs məkanlarımızı müdafiə etməkdən, eləcə də əsirlərimizin azadlıq haqqını tələb etməkdən çəkindirməyəcəkdir.”

HƏMAS-ın siyasi bürosunun rəhbəri daha sonra vurğulayıb: “Fələstin xalqı işğalçıların müqəddəs məkanlara və Məscidül-Əqsaya hücumları qarşısında heç vaxt susmayıb və susmayacaqdır.”

Cümə axşamı günü son anti-sionist əməliyyatından əvvəl yüzlərlə sionist mühacir İsrail polisinin ciddi dəstəyi ilə Əl-Əqsa məscidinə hücum etmişlər. Mayın 5-də işğalçı sionist rejimin yaranmasının ildönümü münasibəti ilə sionist qruplaşmaları Məscidül-Əqsaya genişmiqyaslı hücumlara çağırış ediblər.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək