Həniyyə: 150 raket 5 dəqiqədən az müddətdə sionist rejimi məhv edəcək

QafqazTimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bazar günü günortadan sonra Livanda keçirilən “Biz yaxın görürük” adlı konfransda çıxış edib.

Həniyyə mərasimdə deyib: “Livan 74-ci ildən bəri Fələstinlə həmdərddir və bu gün biz Məscidül-Əqsanın azadlığını yaxın görürük. Çünki millətimizin və müqavimətimizin müəyyən etdiyi zəfər və dəyişikliklər dövründəyik.”

O, kompromisə gedənlər və Fələstin məsələsinə xəyanət edənlərin Əl-Əqsanın azadlığını uzaq hesab etdiyini bildirərək deyib: “Qəzza qurudan, havadan və dənizdən mühasirədədir, lakin o, Qüds qılıncını İsrailə qarşı çəkərək, müqavimət və onun sakinləri ilə birgə çətin bir döyüşə hazırdır.”

HƏMAS rəsmisi davam edib: “Qüds qılıncı” əməliyyatı sionist düşmənlə qarşıdurmada strateji irəliləyiş idi. Təpədən dırnağa qədər qədər silahlanmış İsrail Əl-Qəssam və Qəzza müqavimətinin raketlərinin hədəfi oldu.

150 raketin 5 dəqiqədən az müddətdə sionist rejimi məhv edəcəyini vurğulayan Həniyyə Qəzzanın bir neçə illik fitnələrdən sonra yenidən ayağa qalxdığını və “Cenin”in də müqavimət bayrağını qaldırdığını qeyd edib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur