Həmas: Yüzlərlə fələstinli məcburi köç etmə təhlükəsi ilə üzləşmişdir

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) siyasi bürosunun üzvü Məhəmməd Əl-Hindi, Qüds məsələsi ilə bağlı mübarizənin açıq olduğunu və düşmənin Fələstin məsələsini hədəf aldığını söyləyib.

Əl-Hindi deyib: “Sionist gəlmələrin davamlı təzyiqləri və Qüdsdəki məhkəmələrlə əlbir olmaları səbəbindən Qüdsdə 500-ə yaxın fələstinlini yurdundan didərgin düşmə və məcburi köç etmə təhlükəsi təhdid edir.”

Həmas üzvü belə qeyd edib: “Fələstinlilər 1965-ci ildə İordaniya hökuməti ilə UNRWA (Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi) arasında imzalanan bir razılaşmaya görə bu torpaların sahibləri kimi qəbul edilmiş və evləri bu razılaşma əsasında İordaniya hökuməti tərəfindən inşa edilmişdir.”

Məhəmməd Əl-Hindi əlavə edib: “Ancaq sionistlər, fələstinli evlərin tikildiyi ərazinin əvvəllər yəhudi ailələrinə məxsus olduğunu iddia edirlər. Sionist rejimi hazırda bu saxta iddianı Qüds məhkəmələri ilə əlbir olaraq həll edə bilmişlər və buna görə də yüzlərlə fələstinli məcburi köç etmə təhlükəsi ilə üzləşmişdir.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

1 şərh

Sandie Fevral 18, 2024 - 4:52 səhər

If some one needs to be updated with most up-to-date technologies afterward he must be
pay a visit this website and be up to date every day.

Add Comment