Həmas xəbərdarlıq etdi

Sionist rejimin Bayraq Yürüşü günündə qəsəbə sakinlərinin ekstremist rəftarlarına görə Fələstin Özünüidarə Təşkilatı və Həmas xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına görə Həmasın mətbuat katibi işğalçı rejim polis və qəsəbə sakinlərinin Məscidül Əqsaya hörmətsizliklə girişi və qrup halında hücumlarına işarə edərək bəyanatla elan edib: İşğalçılar Məscidül Əqsanın hörmətini saxlamalıdır.  Fələstin müqaviməti belə halları qəbuledilməz hesab edir və lazımi tədbirlər görmək məcburiyyətindədir. Fələstin xalqı bu rəftarların inkişafına mane olacaq, sionist rejimin məntəqədə hegemoniyasnın qarşısında qəhrəmancasına dayanaraq Bayraq Yürüşü kimi saxta bəhanələrlə qəsbkar bayrağının dalğalanmasına icazə verməyəcək.

Qeyd edək ki, bu gün 18 may 1946-cı ildə Qüdsün şərqi sionistlər tərəfindən işğal olunmuş və qatil rejim bu günü Bayraq Yürüşü kimi hər il qeyd edir. Verlən məlumata görə rejim 3 min polis qüvvəsini Qüdsdə yerləşdirdikdən sonra təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün daha 500 qüvvəni əlavə edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir