Həmas və İslami Cihad: Mahmud Abbasın Qantz ilə görüşü Fələstin xalqına arxadan sancılan bir xəncərdir

Qafqaztimes xəbər verir ki, Həmasın sözçüsü Əbdül Lətif Əl-Qanu, Mahmud Abbasın Sionist rejimin cinayətkar müharibəsi naziri Beni Qantz ilə görüşünün Fələstin xalqına arxadan vurulan bir xəncər və şəhidlərin qanına xəyanət olduğunu vurğulayıb.

O, əlavə edib ki, Mahmud Abbas milli dəyərlərdən əl götürməyə davam edir və işğalçı rejimin imicini bərpa etməyə çalışır.

Əl-Əhd veb saytına görə, Əl-Qanu, Fələstin xalqının bütün qruplarını Mahmud Abbasın bu təhqiramiz davranışlarına qarşı bir cəbhə qurmağa çağıraraq onun Fələstin xalqını deyil, yalnız özünü təmsil etdiyini bildirib.

İslami Cihad hərəkatının sözçüsü Tariq Silmi də Mahmud Abbasın işğalçı rejimin cinayətləri, mühasirəsi və təcavüzləri davam etdiyi bir zamanda Qantz ilə görüşməsini Fələstin xalqına arxadan sancılan bir xəncər adlandırıb.

Fələstin Xəbər Agentliyinə (SAMA) görə Silmi, Qantzın göstərişi ilə şəhid olan uşaqların qanının hələ qurumadığını da əlavə edib.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…