Həmas Tel-Əvivlə münasibətlərin normallaşmasına qarşı Malayziyanın mövqeyini təqdirəlayiq hesab etdi

Qafqaztimes xəbər verir ki, Fələstin Məlumat Mərkəzinin verdiyi məlumata görə, Həmas bir açıqlamasında Malayziyanın Fələstin xalqına və onların işğalçı rejimə qarşı azadlıq və müstəqillik uğrunda ədalətli mübarizəsinə verdiyi dəstəyini yüksək qiymətləndirib.

Bu hərəkat eyni zamanda Malayziya hökumətinin, millətinin və parlamentinin sionist rejimlə münasibətlərin normallaşmasına, bölgəyə nüfuz etmək və gələcək millətlərə və nəsillərə hakim olmaq üçün bu təhlükəli sionist planına qarşı tarixi mövqeyini yüksək qiymətləndirib.

Malayziyanın xarici işlər naziri çərşənbə günü ölkəsinin Fələstin xalqının mübarizəsini dəstəkləməkdə və İsrailin bu ərazilərdə təcavüzünün davam etməsinə qarşı durmaqda möhkəm olduğunu vurğulayıb.

Abdullah həmçinin İsrailin Malayziyanın “İbrahim” müqaviləsinə qoşulma ehtimalı ilə bağlı iddialarını da rədd edib.

Bundan əvvəl İsrailin Regional Əməkdaşlıq Naziri İsavi Fəric, Oman, Tunis, Qətər və Malayziyanın rejimlə münasibətləri normallaşdırmaq üçün bu razılaşmaya qoşulma ehtimalının olduğunu iddia etmişdi.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı