Həmas: Sionist rejimlə son müharibədə Sərayal Qüdsə dəstək olduq

Həmas islami-ərəb bürosunun rəhbəri Xəlil Əl Həyyə sionist rejimin son müharibəsində Hərəkatın tərəfsiz qalmadığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı dünən (1 iyun) sionist rejim təhdidlərinin Həmasın qərar, koalisiya və qüdrətinə təsir göstərmədiyini deyib.

Həmasın rəsmi internet portalı yazır: “Azadələrin intiqamı” müharibəsində müqavimətin səyləri nəticəsində sionist rejimin planları puça çıxdı və geridə qalmış düşməni güc toplamağa qoymadı.

Mayın əvvəlində sionist rejim “qılınc və qalxan” adı altında Qəzzə zolağında yeni hərbi əməliyyata başlasa da 2 gün sonra  Fələstinin müxtəlif müqavimət qrupları “Azadələrin intiqamı” adlı əməliyyatları ilə düşməni susdurmağa başladılar. Bu əməliyyatlarda 33 nəfər şəhid oldu və 190 nəfər yaralandı.

Xəlil Əl Həyyə bu müharibədə tərəfsiz qalmadığını, Sərayal Qüdsə dəstək olduğunu vurğulayaraq deyib: Sionist rejim daxildən müharibə yaşayır və hətta özünü müdafiə etmək gücü belə yoxdur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur