Həmas Qüdsə yardım hərəkatında iştirak etməyə çağırış edib

QafqazTimes xəbər verir ki, HƏMAS yaydığı bir bəyanatda Fələstin xalqını cümə günü Qüdsə yardım etmək, işğalçı rejimin dini ayinlərə açıq şəkildə müdaxilə etməsi və ibadət edənlərin Məscidül-Əqsaya girişinin qarşısını almaqla bağlı qərarına etiraz məqsədi daşıyan “Böyük Fəcr” aksiyasında iştirak etməyə çağırıb.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, HƏMAS bəyanatda həmçinin son bir neçə həftə ərzində kütləvi Fəcr hərəkatında iştirak edən fələstinlilərə təşəkkür etmiş və onları Fələstin xalqının qanuni hüquqlarını dəstəkləməyə, Qüds və Məscidül-Əqsanı qanunsuz məskunlaşma təhlükəsi və radikal sionistlərin cinayətlərindən qorumaq üçün cümə günü keçiriləcək yürüşdə iştirak etməyə çağırıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur