Həmas Malayziyaya təşəkkür edib

Qafqaztimes xəbər verir ki, Əl-Əhd saytının məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Malayziya hökumətinin sionist düşmənlə münasibətlərin normallaşmasına qarşı çıxmasını və bu istiqamətdə sionist oyunçuların Beynəlxalq Squash oyunlarında iştirak etmək üçün bu ölkəyə daxil olmalarına mane olmasını yüksək qiymətləndirib

Həmas həmçinin Beynəlxalq Komitənin Malayziyanın Squash turnirinə ev sahibliyi etmək hüququnu ləğv etmək qərarından təəssüflənib.

Fələstin İslami Müqavimət Hərəkatı son illərdə dəfələrlə təkrarlanan Malayziyanın sionist rejimlə normallaşmaya qarşı çıxmasını yüksək qiymətləndirib, Malayziya hakimiyyətinə və xalqına təşəkkür edib.

Həmas həmçinin sionist nümayəndələrini qəbul etməyə məcbur edilmədən bu turnirə və digər beynəlxalq yarışlara ev sahibliyi etmək hüququna nail olmaqda Malayziya ilə həmrəy olduğunu vurğulayıb.

Bu müqavimət hərəkatı belə əlavə edib: Cinayətkar və təcavüzkar olan, müqəddəs məkanlara ehtiramsızlıq göstərən və eyni zamanda Fələstin idmanını məhv etməyə çalışan sionist rejimin heç bir beynəlxalq yarışlarda iştirak etmək hüququ yoxdur və törətdiyi cinayətlərə görə mühakimə olunmalı və cəzalandırılmalıdır.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))