HƏMAS israilli əsirlərin sağ olmasına üstüörtülü işarə etdi

QafqazTimes xəbər verir ki, HƏMAS hərəkatının informasiya şöbəsinin rəhbəri Əli Əl-Amudi bir açıqlamasında bildirib ki, sionist rejim israilli əsirlərin ailələrinə “illüziya satmaqda” davam edir və indiyədək onların taleyi ilə bağlı heç bir dəlil təqdim etməyib.

O, “Əl-Əqsa” kanalına verdiyi müsahibədə vurğulayıb ki, sionist rejim hökuməti sözügedən əsirlərin taleyi ilə bağlı sionistlərə yalan danışır.

Əl-Amudi sionist rejimin həbsxanalarında olan bütün fələstinli məhbusların azadlığa buraxılmasını vurğulayarkən deyib: “Biz müqavimətə inanırıq, təbii ki, “Kölgə” bölməsinin qəhrəmanları sionist cəsədləri qorumur!”

O, başda fələstinli əsirlərin azad edilməsinə yol açan “Kölgə” bölməsi olmaqla, müqavimət bütün mücahidlərinə salamlarını çatdıraraq əlavə edib ki, müqavimət əsirləri azad edəcəklərinə söz verib və əsirlər bu günün ümidi ilə yaşayırlar.

2015-ci ildə HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam briqadası “Kölgə Bölməsi” adlı ən məxfi bölməsi barədə açıqlama verdi. Əl-Qəssam sözçüsü Əbu Obeydə deyib: “Kölgə” bölməsi 10 il əvvəl yaradılıb və onun əsas vəzifəsi işğal rejiminin həbsxanalarında olan fələstinli əsirləri azad etməkdir.”

O, əlavə etdi: “Bu bölmənin üzvləri xüsusi həssaslıqla seçiliblər və onların hərbi qabiliyyətini artırmaq və onlara tapşırılan vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün xüsusi təlimlər keçiblər.”

Əbu Obeydə həmçinin vurğulayıb ki, sözügedən bölmənin üzvləri əsirlərlə İslam dininin prinsipləri əsasında rəftar etmək və əsirlərin dəyişdirilməsinə qədər onları qorumaq öhdəliyinə sadiqdirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya