Bəhreynli fəal: Ali-Xəlifə Aşura mərasimlərindən qorxur

QafqazTimes xəbər verir ki, Bəhreyn İnsan Haqları Dərnəyinin rəhbəri Baqir Dərviş İran mediasına verdiyi müsahibədə Ali-Xəlifə rejiminin Aşura və Məhərrəm matəm mərasimlərinə hücumuna reaksiya olaraq bəyan edib ki, 2011-ci ildən Bəhreyn hakimiyyəti hər il Aşura əzadarlıq mərasimlərinə təzyiq göstərmək üçün yeni üsullara əl atır.

O, əlavə edib ki, bu tədbirlər Bəhreynin Daxili İşlər Nazirliyində təhlükəsizlik doktrinasının sütunlarından biridir, ona görə də Məhərrəm ayında heç bir əzadarlıq mərasimi dini azadlığı hədəf alan bu özbaşınalıqdan yan keçmir.

Dərviş Ali-Xəlifənin qanun pozuntularının qurbanları haqqında deyib ki, bu qurbanlar ya sadə insanlar, ya da siyasi məhbuslardır. Bu ilin yeni məsələsi Aşurada “dini turizmi” hədəf almaq idi. Belə ki, Küveyt kimi digər ölkələrdən də İmam Hüseyn əzadarlıqlarında iştirak etmək üçün bu ölkəyə səfər edirdilər, lakin Bəhreynin Daxili İşlər Naziri buna qadağa qoydu və üç Küveyt madahının bu mərasimlərdə iştirakına icazə vermədi.

O, Ali-Xəlifənin Aşura mərasimlərini genişlənməsindən qorxması ilə bağlı deyib: “Şübhə yoxdur ki, bu məsələnin siyasi səbəbləri var və onlar dini dözümlülük anlayışına malik olmadığı üçün həmişə bu cür təcavüzləri törətməkdə israrlıdırlar. Onlar sionistləri dini dözümlülük iddiaları ilə qarşılayırlar, amma əslində şiə müsəlman vətəndaşlara öz ayinlərini yaşadarkən onlara təzyiq göstərirlər.”

Dərviş Bəhreyn qanunları və Ali-Xəlifənin bəhreynlilərin Aşura mərasimlərinə mane olmaq hüququna malik olub-olmaması barədə danışarkən deyib: “Konstitusiyada dini adət-ənənələrə hörmət çox aydın şəkildə göstərilib və bununla bağlı hər hansı təzyiq yerli qanunların və konstitusiyanın pozulması kimi qiymətləndirilir.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!