Həmas: İsrail atəşkəs təklifinə mənfi cavab verdi

Həmasın yüksək rütbəli rəsmisi sionist rejimin atəşkəs təklifinə cavabının mənfi olduğunu elan edərək razılaşmada baş nazir Netanyahunu təqsirləndirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Üsamə Həmdan bu gün səhər (21 mart) deyib: İsrail xalqımızın istəyi əsasında hazırlanmış atəşkəs təklifinə mənfi cavab verdi. Halbuki bu təklif fələstinli didərginlərin öz evlərinə qayıtması, İsrail ordusunun Qəzzə zolağından çıxması istəyi əsasında verilmişdi

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi İsrail ordusunun son 24 saat ərzində 10 kütləvi qətl törətdiyini və bunun nəticəsində fələstinli şəhidlərin sayının 31 min 923-ə yüksəldiyini açıqlayıb.

İsrail ordusunun bu əraziyə hücumları nəticəsində Qəzza zolağında bir çox obyekt, o cümlədən tibb müəssisələri, təhsil müəssisələri, ibadət yerləri dağıdılıb.

Qəzza xalqı İsrail qüvvələrinin mühasirəsindədir və dərman və qidaya ciddi ehtiyac duyur.

İsrail hərbçiləri içərisində humanitar yardım olan yük maşınlarının çətinliklə Qəzzaya daxil olmasına icazə verir və bu yük maşınları ciddi yoxlamalardan sonra Qəzzaya daxil olur.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir