HƏMAS: İşğalçı rejim güzəştə getməsə, əsir düşən əsgərləri gün işığına həsrət qalacaqlar

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək rütbəli üzvlərindən biri vurğulayıb ki, sionist rejimi əsirlərin dəyişdirilməsi prosesindən boyun qaçırarsa, onların əsirləri gün işığı görməyəcəklər. O, həmçinin qeyd edib ki, işğalçı rejimlə kompromisə gedənlər və münasibətləri normallaşdıranlar Fələstin xalqına arxadan zərbə vurdular.

HƏMAS-ın Qəzza zolağındakı rəhbərinin müavini və hərəkatın Ərəb-İslam Əlaqələri Komitəsinin sədri Xəlil əl-Həyyə “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə deyib: “Hazırda ikisi əsgər olmaqla dörd israilli müqavimət qüvvələrinin əlində əsirdir. Əsir mübadiləsini dayandıran tərəf İsraildir. Onlar bu prosesi Qəzza zolağının yenidən qurulması və mühasirəsinin götürülməsi işi ilə əlaqələndirməyə çalışırlar. Lakin onların bu istiqamətdəki cəhdləri nəticə vermədi.”

O, həmçinin əlavə edib: “Biz əsirlərin dəyişdirilməsi və Qəzza zolağının mühasirəsinin götürülməsi ilə bağlı iki məsələni bir-birindən ayrı hesab edirik və bu məsələ ilə bağlı bütün vasitəçiləri, o cümlədən Misiri məlumatlandırmışıq.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!