HƏMAS: Əsirlər bizim üçün qırmızı xətdir!

QafqazTimes HƏMAS informasiya bazasına istinadən xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun üzvü Zahir Cabbarin çərşənbə axşamı televiziyaya müsahibəsində deyib: “Gilboa əsirləri Fələstin xalqının ən mühüm simvollarından biridirlər. Müqavimət vəd etdisə, mütləq sözünü yerinə yetirəcəkdir. Biz inanırıq ki, bu əsirlər tezliklə aramızda olacaqlar.”

O, deyib: “Biz işğalçı İsrail rejimini izzətli bir mübadiləyə məcbur edəcəyik.”

HƏMAS-ın siyasi bürosunun üzvü qeyd edib: “Sionist rejimin siyasi arenası əsirlərin dəyişdirilməsi razılaşmasını tamamlamaq məsələsində ciddi deyildir. Müqavimət vasitəçilik üçün açıq aydın bir təklif irəli sürdü, lakin işğalçı rejim bütün bu səyləri puça çıxardı.”

O bildirib ki, isveçrəlilər, qətərlilər, türklər, misirlilər, norveçlilər və almanlar da daxil olmaqla, bir çox vasitəçi tərəflər məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün meydana daxil olublar, lakin onların əksəriyyəti sionist rejimin bu mərhələdə razılaşma ilə bağlı ciddi olmadığına inanırlar.

Məhbusların qırmızı xətt olduğunu vurğulayan Cabbarin belə qeyd edib: “Bu, açıq aydın bir mesajdır. Xalq bütün imkanları ilə məhbusları dəstəkləmək üçün ayağa qalxacaq.”

Zahir Cabbarin həmçinin əlavə edib: “HƏMAS bütün ölkələrə və insan haqları qurumlarına bəyan edir ki, əsirlər qırmızı xəttdir və Fələstin xalqı bütün gücü ilə onların arxasında dayanıb.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya