Həbs olunan oğru aparıldığı bölmədə polisin də əşyalarını oğurladı (Video izlə)

Türkiyənin İstanbul şəhərinin Esenyurt səmtində evə girərək oğurluq etdikləri müəyyən olunan iki şəxs polis tərəfindən nəzarətə alınıb.

Oğrular daha sonra Büyükçekmece Ədliyyəsinə aparılıb və növbətçi məhkəmə tərəfindən nəzarət altında olmaları şərti ilə azadlığa buraxılıblar.

Bir müddət sonra polis əməkdaşlarından biri stolun üzərinə qoyduğu, içərisində mobil telefonu və pul kisəsi olan çantasının yerində olmadığını görüb. Ədliyyə binasının təhlükəsizlik kamerası görüntüləri izlənilib. Çantanı ədliyyə binasından sərbəst buraxılan şəxslərdən birinin oğurladığı məlum olub.

Şübhəlilərdən biri saxlanılaraq yenidən ədliyyəyə gətirilib, bu dəfə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Digər şübhəlinin də tutulması üçün işlər davam edir.

Related posts

Abort hər ayda qətl sayılır!

Qanımızın hər damcısı ilə əhd bağlamışıq ki, sona qədər xalqın yanında qalaq və heç vaxt meydanı tərk etməyək.

Qəzza müharibəsinin 467-ci günü. Atəşkəs razılaşmasının elanı ilə eyni vaxtda İsrail rejiminin hücumları davam edir