Gürcüstan parlamentində dava düşdü (Video izlə)

Gürcüstan parlamentinin müxalifətdə olan “Strategiya Aqmaşenebeli” Partiyasından olan deputatı Giorgi Vaşadze ilə “Xalqın gücü” qrupunu təmsil edən millət vəkili İrakli (Daçi) Beraya cümə günü plenar iclasda əlbəyaxa dava ediblər.

Hadisə parlamentdə Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurinin çıxışı zamanı baş verib.

Vaşadze çıxış üçün söz istəyib. O, çıxışı zamanı hakimiyyəti Rusiya Federasiyası ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və hökuməti Rusiya hakimiyyəti ilə dostluq etməkdə günahlandırıb. Bu, bəzi deputatların qəzəbinə səbəb olub.

Çıxışdan sonra Vaşadze kreslosuna qayıdıb və burada Beraya ilə sözlü atışma başlayıb. O, ayağa qalxaraq hücum edib. Deputatları parlamentin icraçıları ayırıblar. Bundan sonra dinləmələr davam edib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO