“Google”da “Baby Yoda” sürprizi: Axtarış edənlərin nəticələrini parçalayıb atır – FOTO

“Google”da axtarış edənlər böyük sürprizlə qarşılaşıblar.

Sürprizlər etməyi sevən “Google” öz istifadəçiləri üçün “The Mandalorian” serialının üçüncü sezonu şərəfinə “Baby Yoda” animasiyasını hazırlayıb.

Belə ki, masaüstü kompüterinizdə, Android və ya iOS telefonunuzda axtarış edərkən əylənə bilərsiniz.

Bunun üçün sadəcə “Google”da “The Mandalorian” və ya “Grogu” yazmaq lazımdır. Bu halda “Baby Yoda” qarşınıza çıxır. Etməli olduğunuz tək şey isə axtarış nəticələrində sağda görünən “Baby Yoda”ya toxunmaq və ya üzərinə klikləməkdir. Bu zaman “Baby Yoda” dərhal öz gücünü göstərir və etdiyiniz axtarışın nəticələrini parçalayıb atır.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO