“Google” yeni funksiyaları işə saldı – Yaddaşa və enerjiyə qənaət

Google” 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.

Məlumata görə, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir. Üstəlik, onlar bağlanmır və görünən olaraq qalır. Həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Enerjiyə qənaət rejimi, adından da göründüyü kimi, arxa fonda brauzerin fəaliyyətini və vizual effektləri məhdudlaşdırmaqla, animasiyaları və videoların kadr tezliyini azaltmaqla enerji istehlakına qənaət edir.

Yeniliklər artıq “Chrome” brauzerinin bəzi istifadəçiləri üçün əlçatandır.

Qeyd olunur ki, hər iki funksiya avtomatik aktivləşdirilir.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO