QafqazTimes.com TASS-a istinadən xəbər verir: Beynəlxalq Moskva Məhkəməsi Google-ni 14 mln rubl cərimələyib. Səbəb Google-nin 4 epizodda qadağan edilmiş kontenti silməkdən imtina etməsi olub. Cərimənin ümumi məbləği 58 mln rubldur. 2021-ci ilin əvvəlindən RF-də Facebook (Meta Platforms) 70 mln, TikTok 4,1 mln cərimələnib. TikTok cəriməni tam ödəyib.Facebook 26 mln rubl məbləğdə 8 cərimə, Google6mln rubl məbləğdə 3 cərimə ödəyib. Bundan sonra Facebook-un 44 mln, Google-nin 31,5 mln borcu qalıb. Məşhur servislər, sosial şəbəkələr ABŞ və Avropada daha ehtiyatla hərəkət edir. Cərimələrin sayından göründüyü kimi RF ərazisində özbaşınalıqlara son qoyulması asanlıqla başa gəlməyəcək.