“Google” istifadəçilərini gizli izlədiyinə görə beş milyard dollar ödəyəcək

ABŞ-ın “Google” şirkəti “Google Chrome” brauzerinin istifadəçilərindən gizli şəkildə məlumat topladığı üçün ən azı beş milyard dollar dəyərində iddia üzrə ilkin razılığa gəlib.

Bu barədə iddiaçıların və cavabdehin vəkillərinə istinadən məlumat yayılıb.

Razılaşmanın şərtləri açıqlanmır, lakin hüquqşünaslar “Google”un məcburi tələblər siyahısı ilə razılaşdığını bildirib. O, 2024-cü il fevralın 24-də məhkəmənin təsdiqinə təqdim ediləcək.

İddiaçıların şikayətinə əsasən, “Google”un tətbiqləri şirkətə istifadəçilərin “Google Chrome” brauzerini “inkoqnito” şəxsi baxış rejiminə keçirdikdə belə onların fəaliyyətini izləməyə imkan verib. Bu yolla müəssisə şəxsin dostları, hobbiləri, sevimli yeməkləri, istehlak vərdişləri və insanların internetdə axtardıqları “potensial utancverici şeylər” haqqında məlumat əldə edə bilərdi.

Xatırladaq ki, “Google”a qarşı iddia 2020-ci ildə ABŞ-nin Kaliforniya ştatında açılıb. O, şirkətin xidmətlərinin “milyonlarla” istifadəçisini əhatə edir və federal telefon dinləmə qanunlarının və Kaliforniya ştatının məxfilik qanunlarının pozulmasına görə hər bir zərərçəkmişə ən azı 5 min dollar təzminat tələb edir.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO