Gömrük Komitəsinin sədri dediklərini İNKAR ETDİ

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müsahibəsində bəzi deputatları ittiham edib. Düşünürəm ki, müsahibədə Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılıb”. 

Bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.

Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılmayıbsa, o zaman Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirməlidir. 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, ötən gün Səfər Mehdiyev ona zəng edib: 

“Səfər Mehdiyev mənə zəng edib dedi ki, o, deputatlar haqqında elə fikirlər səsləndirməyib, o müsahibədə məmurlar haqqında danışıb”, – deyə S.Qafarova əlavə edib. 

Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin mətbuatda yayımlanan müsahibəsində onun deputatlar haqqında kəskin fikirləri yer alıb. Müsahibənin mətninə görə, Səfər Mehdiyev bəzi deputatları gizli biznes qurmaqda, fırıldaqçılıqda ittiham edib.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO