“Gmail”, “YouTube”, “Google Photo” və s. istifadəçilərinə xəbərdarlıq: SİLİNƏCƏK

“Google” uzun müddət istifadə olunmayan hesabları ləğv edəcək.

Bu barədə şirkətin vitse-prezidenti Rut Kriçeli xəbərdarlıq edib.

Onun sözlərinə görə, “Google” hesabı ən azı iki il istifadə olunmasa, istifadəçinin hesabı və məzmunu, o cümlədən “Google Workspace” (“Gmail”, “Docs”, “Drive”, “Meet”, “Calendar”), “YouTube” və “Google Photo” silinəcək.

O da vurğulanıb ki, yeni siyasət yalnız şəxsi hesablara təsir edəcək, məktəblərin və müxtəlif təşkilatların hesabları bu dəyişikliklərə məruz qalmayacaq.

Məlumata görə, aktiv olmayan hesablar 2023-cü ilin dekabr ayından etibarən silinəcək, bundan əvvəl isə hesab sahiblərinə bildirişlər göndəriləcək.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO