General Salami: Şəhid Xudayinin qanı cavabsız qalmayacaq

QafqazTimes xəbər verir ki, ötən gün (çərşənbə axşamı) İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Salami Yəmənin “Əl-Məsirə” telekanalına verdiyi müsahibəsində deyib: “Şəhid Səyyad Xudayinin terroru cavabsız qalmayacaq!”

Sərdar Salami bildirib: “Düşmənin istənilən hərəkəti sərt cavabla qarşılanacaq. Biz düşməndən əl çəkməyəcək və həmişə onları təqib edəcəyik.”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı əlavə edib: “Bizim düşmənə qarşı planlarımız daha da güclənəcəkdir. Şəhid Səyyad Xudayinin qanı cavabsız qalmayacaqdır.”

Qeyd edək ki, bazar günü saat 16:00 radələrində Tehranın “İslam mücahidləri ” prospektində hərəm müdafiəçisi Şəhid Səyyad Xudayi iki nəfər motosikletçi tərəfindən 5 ədəd güllə ilə vurularaq qətlə yetirilib.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!