General Hacızadə: Qərb sionist rejimi hökumətləri zəiflətmək üçün yaradıb

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə bir çıxışında deyib: “İslam hökuməti və inqilabla əlaqədar olaraq, biz daim siyasi, iqtisadi və media təzyiqləri ilə təhdid və hücumlara məruz qalırıq. Bəziləri mövqeyimizə dəyişsək, normal həyata qayıdacağımızı deyirlər və ya bizim terrorçu və sionist rejimə qarşı tutduğumuz mövqelərimizi problemlərin əsas səbəbi hesab edirlər. Maraqlıdır ki, bu mövqeyimiz olmasa idi belə, yenə də düşmənlərimizin hədəfinə məruz qalardıq.”

Sərdar Hacızadə qərblilər tərəfindən sionist rejimin qurulmasının arxasında duran səbəblərə toxunaraq deyib: “Əslində, terrorçu sionist rejimi hökumətləri zəiflətmək üçün Qərb tərəfindən yaradılıb və dəstəklənib.”

O, həmçinin deyib: “Əgər ölkəmizdə inqilab olmasaydı və xalq İmam Xomeyninin və hazırkı rəhbərliyin hikmətli mövqelərinə əməl etməsəydilər, biz bu gün bu səviyyədə olmazdıq və mütləq müharibələrə və daxili münaqişələrə düçar olardıq. Həqiqətdə biz əgər öz ayağımızın üstündə dayansaq və müstəqillik yolunu tutsaq bütün düşmənlərə qalib gələ bilərik.”

General Hacızadə əlavə edib: “Bir neçə il əvvələ qədər region ölkələrində İrana qarşı hücum silahları üzərində dava gedirdi, lakin bu gün bizim müdafiə sistemlərimizi almağa can atırlar. İqtisadiyyat, siyasət, mədəniyyət və s. sahələrdə də qüdrətə çata bilsək, onlar mütləq bizim qarşımızda təzim edəcəklər və bu mümkündür.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq