Gənclər Bakı metrosunda görün nə etdi (Video ilə)

Bakıda metro stansiyaların birində xoşagəlməz hadisə baş verib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə “Bakmil” metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb. Əyləncə mərkəzini metro ilə səhv salan gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar. 

Nalayiq hərəkətlər edən gənclərlə bağlı araşdırma başlayıb.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O əlavə edib ki, sözügedən görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Related posts

Hövsanda dəhşətli qəza: İki “Mercedes-Benz” toqquşdu – VİDEO

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO