Gənc oğlanın çətin anları: Girdiyi vazanın içindən çıxa bilmədi – FOTO/VİDEO

ABŞ-da gənc oğlan qatıldığı şənlikdə çətin anlar yaşayıb.

O, zarafat üçün girdiyi böyük dekorativ vazanın içində ilişib qalıb və çıxa bilməyib.

Bu kadrların əks olunduğu görüntülər şənlikdə iştirak edənlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

“O, əvvəlcə gülürdü, lakin sonra kefi pozuldu. Qızlar onu sakitləşdirməyə və şənləndirməyə çalışırdılar, digərləri isə vazanı sındırmaq yollarını müzakirə edirdilər”, – deyə hadisə şahidlərindən biri baş verənlərdən danışıb.

Nəticədə vaza çəkiclə sındırılıb və oğlan xilas edilib. Həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb. 

“Düşündüm ki, o, bütün həyatını bu vazada keçirəcək”, – deyə şərhçilərdən biri zarafat edib.

Related posts

“YouTube”da yeni funksiyalar: Süni intellekti işə saldı

“Huawei” ABŞ sanksiyalarını ətlə “yarmağın” yolunu tapdı

İtaliya parlamentində kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırıldı – VİDEO