Gəncədə avtomat götürülən şəxs: “Kişinin silahı olar” – FOTO

Gəncə sakinində avtomat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan bir ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs dindirilmə zamanı: “Həbsdə olmuşam, düşmənlərim var. Həm də kişinin silahı olar”, – deyib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Related posts

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO

Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO