Gələn aydan bu qadağar ləğv oluna bilər (Video izlə)

Azərbaycanda bir müddətdir koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir. Sözsüz ki, yoluxma hallarının azalmasında vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi mühüm rol oynayır.

Səhiyyə Nazirliyinin mütəxəsssisi Təyyar Eyvazov yaxın vaxtlarda qüvvədə olan azsaylı qadağalarla bağlı yeni qərarların verilə biləcəyini istisna etməyib.
Koronavirusla bağlı mövcud epidemioloji durum karantin rejimi çərçivəsində bəzi qaydalara dəyişklik etməyə imkan verir.

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov bildirib ki, yaşı 18-dən yuxarı şəxslərin təxminən 60-70 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunub. Təyyar Eyvazov qeyd edib ki, vəziyyətdən asılı olaraq yaxın vaxtlarda qüvvədə olan qadağalarla bağlı yeni qərarlar verilə bilər.

O əlavə edib ki, yoluxma sayının azalması insanları arxayınlaşdırmamalıdır. Mütəxəssis həmçinin deyib ki, ölkədə pandemiya ilə əlaqədar mövcud vəziyyət tam nəzarət altındadır.

Related posts

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO