Futbolçunun qol sevinci hər şeyi kölgədə qoydu: Məşqçi və həkimi qorxutdu – VİDEO

Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer” – “Maynz” oyunu maraqlı qol sevinci ilə yadda qalıb.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı açan Qranit Cakanın qolu qədər qol sevinci də gündəm olub. Oyunda baxımlı qola imza atan futbolçu qol vurduqdan sonra özünü zədələnmiş kimi göstərib. Ona bu “tamaşa”da komanda yoldaşları da kömək olublar. Futbolçunun zədələndiyini düşünən baş məşqçi Xabi Alonso və həkimlər briqadası olduqca narahat olsalar da, həqiqəti öyrəndikdən sonra onların da simasında gülüş yaranıb.

Həmin kadrları təqdim edirik:

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO