Futbolçu yarışdan sonra dəhşətli şəkildə öldü – FOTO/VİDEO

Rusiyanın “Spartak” klubunun keçmiş futbolçusu Aleksandr Karakin Moskva vilayətində küçə yarışlarına qatıldıqdan sonra qəzaya düşüb.

Hadisə cümə günü gecə saatlarında Minsk şosesinin 30-cu km-də, Moskva istiqamətində baş verib. İlkin məlumatlara görə, idmançı idarəetməni itirib və onun avtomobili dayanacağa çırpılıb. Sürücü təhlükəsizlik kəməri taxmayıb.

Karakin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza baş verən zaman artıq yarış başa çatıb. İştirakçılar evlərinə yola düşsələr də, sürətlə gediblər. Hadisə şahidlərinin dediklərinə görə, qəza zamanı futbolçunun maşını fırlanmağa başlayıb və bir neçə dəfə dayanacağa dəyib.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO