Futbol ulduzunun ailəsi oyun izləyərkən oğrular bir milyon funt sterlinq apardılar – FOTO

“Mançester Siti”nin futbolçusu Cek Qrilişin malikanəsi qarət olunub.

Soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.

Hadisə Premyer Liqanın 19-cu turunun “Everton” – “Mançester Siti” matçı (3:1) zamanı baş verib. Həmin vaxt 28 yaşlı vingerin ailə üzvləri evin birinci mərtəbəsində olub və oyunu izləyiblər.

“Mançester Siti” Cek Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi