Fransada iğtişaşlar: Polis sərt güc tətbiq dir (Video izlə)

Parisdə və Fransanın digər bölgələrində hökumətin pensiya islahatlarına qarşı çıxan həmkarlar ittifaqlarının təşkil etdikləri yürüşün iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub.

Fransanın Mərkəz – Laura Vadisi regionunun Blua şəhərində etirazlar və iğtişaşlar daha sərt şəkil alıb. Üzlərini qara maska ​​və başlıqlarla bağlayan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə, daş və pirotexniki vasitələr atıblar. Bəzi iğtişaşçılar küçələrdəki zibil qutularını yandırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nümayişçi saxlanılıb.

Qeyd edək ki, cümə axşamı Fransanın böyük şəhərlərində həmkarlar ittifaqlarının genişmiqyaslı etiraz aksiyası keçirilir. Nümayişçilər xüsusilə minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasına və hökumətin geniş pensiya islahatı çərçivəsində planlaşdırılan xüsusi pensiya rejimlərinin ləğvinə qarşı çıxırlar. Hökumət layihəsinə qarşı yürüşlər, ekspertlərin fikrincə, ölkədə 750 min iştirakçını bir araya gətirə bilər. Polis və jandarma iğtişaşlara görə 10 min əməkdaşını səfərbər edib.

Related posts

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO

Türkiyədə qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi – FOTO