Fransada etirazçılar “Makronu yandırdılar” (Video izlə)

Mayın 1-də Fransanın Strasburq şəhərində yerli sakinlər “Prezident Emmanuel Makron” müqəvvasını yandırıblar. Mərasim musiqi ilə müşayiət olunub.

“Makronun yandırılması” yerli anarxistlər tərəfindən təşkil olunub.

Qeyd edək ki, aprelin 19-da Fransanın şimal-şərqinə səfəri zamanı əhali Makronu fitə basıb. Dövlət başçısı üçün bu, pensiya islahatı haqqında qanunun qəbulundan sonra ilk səfər olub.

Xatırladaq ki, aprelin 15-də Fransa prezidenti pensiya islahatını, o cümlədən qanunla müəyyən edilmiş pensiya yaşının 64 yaşadək artırılması haqqında qanun imzalayıb. Ölkədə pensiya islahatı 2023-cü ilin payızında qüvvəyə minəcək.

Fransada bu islahatlara görə tətillər dayanmaq bilmir.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO