Fransa höküməti ölkədəki 21 məscidi bağlayıb

Qafqaztimes xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanan LCI telekanalına bildirib ki, “99 məsciddə son yoxlama zamanı 21 məscidin içərisində ekstremizm əlamətləri aşkar edilib və bu məscidlərin bağlanmasına qərar verilib.”

Fransa rəsmisi yaxın günlərdə daha 6 məscidin bağlanacağını və bu addımın ekstremizmlə mübarizə qanununa uyğun olaraq həyata keçirildiyini bildirib.

Məscidlərin bağlanması qərarı Fransa hökumətinin İslami mərkəzlərlə mübarizə üsullarından biridir. Paris bunu ekstremizmə, zorakılığa və terrorizmə qarşı mübarizə bəhanəsi ilə edir.

Darmananın sözlərinə görə, Fransa tarixində ilk dəfədir ki, bu qədər məscid bağlanır.

Digər tərəfdən, Fransada İslamofobiyanın davamı olaraq bu ölkədəki 3 məscidin divarlarına xaç şəkli və İslam əleyhinə şüarlar vurulub.

Şənbə günü isə Montelbun, Pontarli və Rubay əyalətlərində ölkənin ən böyük türk müsəlman birliyi olan Türkiyə Diyanət İşləri Birliyinə bağlı məscidlərin divarları sökülüb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır